HEYDƏR ƏLİYEVİN MİLLİ İQTİSADİ İNKİŞAF MODELİ ÖLKƏNİN İQTİSADİ MÜSTƏQİLLİYİNİN ƏSASIDIR
i.e.d., professor M.A.Məmmədov
HEYDƏR ƏLİYEVİN MİLLİ İQTİSADİ İNKİŞAF MODELİ ÖLKƏNİN İQTİSADİ MÜSTƏQİLLİYİNİN ƏSASIDIR
Müstəqil ölkəmizdə iqtisadiyyatın bütün sektorlarında qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi–texniki maliyyə potensialı, insan kapitalı, infrastruktur, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çox şaxəli inkişaf strategiyasının nəticəsidir.
Ulu öndər tərəfindən müəyyənləşdirilən və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla inkişaf etdirilən Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması mərhələlərinin, onun sürətli inkişafını təmin edən başlıca amil, vasitələrin tədqiqi və dəyərləndirilməsi Ulu öndərin iqtisadi irsinin öyrənilməsində və ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir.
XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteməsəmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafa istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş vəbu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinin reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkəiqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin yaratmış və bu dönməz xarakter almışdır.
Xüsusi qeyd etmək lazımdır ki, dünya təcrübəsində sistemin transformasiyasının iki yolu - "şok terapiyası" və "təkamül yolu" məlumdur. Azərbaycan reallığını nəzərə alaraq Heydər Əliyev həyata keçirdiyi sistem transformasiya prosesində və böhrandan çıxış tədbirlər sistemini müəyyənləşdirərkən, hər bir konkret halda "şok terapiyası" və "təkamül yolu"nun prinsiplərindən ayrılıqda,tələb olunan hallar isə onların birgə tətbiq olunmasınavə iqtisadi siyasətində koordinasiya, sistemlilik və prioritetlərin düzgün seçilməsinə xüsusi önəm verirdi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq o, xüsusi qeyd edirdi ki, Azərbaycanda o sahələrin prioritet inkişafı təmin edilməlidir ki, birincisi, bu istiqamətlər ölkənin iqtisadi- siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan versin və bu sahələrin üstün inkişafı nəticəsində yaranmış gəlirlər nəticəsində ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinəçevrilsin.
Eyni zamanda nəzərə almaq lazımdır ki, hələ də dünya qlobal maliyyə böhranından tam qurtara bilmədiyi bir mərhələdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın bir müstəqil dövlət kimi formalaşdırılması və inkişafı ilə bağlı iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli, tədbirlər digər sahələr ilə yanaşı iqtisadi sahədəki işlərin nəzərdən keçirilməsi Ulu öndərin böyük təcrübəyə biliyə, analitik düşüncəyə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunu göstərdi.
Müstəqilliyinin ilk illərində Ulu öndərin iqtisadi strategiyasının bir sıra məqamlarını nəzərdən keçirərkən bu illərdə Azərbaycanın necə böyük, sərt, riskli, ziddiyyətli və mürəkkəb proseslərlə üzləşdiyini görürük.Ancaq,hal-hazırda bu dövrdə hadisələrin necə düzgün müəyyənləşdirilib qiymətləndirildiyini, uzaqgörənliklə qərarlar verildiyini və ən mühümü isə bu qərarların perspektivdə həyata keçiriləcək proseslərə mənfi təsir göstərmədənməharətlə, cəsarətlə, məntiqi ardıcıllıqla həll edildiyi müəyyən edilir.
Həyata keçirilən bu tədbirlər müstəqilliyimizin ilk illərində ölkəmizin bir dövlət kimi mövcudluğu şübhə altında olduğu gərgin və mürəkkəb bir şəraitdə - 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmasıvə onun apardığı dərin məzmunlu və məqsədyönlü böyük səmərəli işlərin nəticəsində mümkün olmuşdur.
Müstəqilliyin ilk dövrdə Azərbaycanda hərbi, sosial-iqtisadi, siyasi böhran dərinləşmiş müstəqilliyin itirilməsi, hətta vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycana Ermənistanın hərbi təcavüzü nəticəsində 90-cı illərin əvvəlidən etibarən iqtisadiyyatın bütün sahələrində istehsal tənəzzül etmiş beləki, 1991-1995-ci illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti dayanmış və ya öz gücünün 15-20%-i səviyyəsində işləmiş,illik geriləmə sənayedə 20-24%-ə, kənd təsərrüfatında 15- 20%-ə, əsaslı vəsait qoyuluşunda 40%-ə düşmüş, istehlak mallarının qiymətinin ildə 14-18 dəfə artması iqtisadi və sosial sahənin sıradan çıxmasına səbəb olmuşdur.
Bu dövrdəUlu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə yenidən gəldikdən sonra müstəqilliyin ilk illərində ölkəmizin qarşısında duran problemlərin ağırlığını və xalqın qarşısında məsuliyyətini xüsusi vurğulayaraq qeyd etmişdir: "Ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm".Onun böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa bir müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı aparılması nəzərdə tutulan iqtisadi islahatların qanunvericilik bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlər nəzərə alınmaqla qeyd olunanların reallaşdırılmasının taktika və strategiyasını müəyyənləşdirməyə imkan verdi.Onuda xüsusi qeyd etmək lazımdır ki , Ulu öndərin bazar iqtisadi sisteminə keçid mərhələsində müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə əlaqədar həyata keçirdiyi iqtisadi strategiya, ölkədə makroiqtisadi sabitlik təmin olunması; sistemin transformasiyası ilə bağlı bütün istiqamətlər üzrə əsaslı iqtisadi islahatların aparılması bütün səviyyələrdə bazar iqtisadi münasibətlərinin liberallaşdırılması; ölkədə demokratiyanın və sosial ədalətin bərqərar olunması vəölkəmizin strateji milli maraq və mənafelərini qorumaqla dünya iqtisadi sistemə fəal və səmərəli inteqrasiya olunması prinsiplərinə əsaslanırdı. Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçidin ilkmərhələsində iqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional əlaqələrin pozulduğu, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin formada artdığı sistemsizlik böhranının bütün məziyyətlərini, özündə əks etdirən bir dövrdə yaşayırdı.
Milli iqtisadiyyatın bazar prinsipləri əsasında təşkilinin ilk illərində getdikcə azalan milli gəlirdə yığımın payının azalması, təkrar istehsal imkanlarının və sərmayə qoyuluşu ilə əlaqədar maraqların ən aşağı səviyyədə olması ölkə iqtisadiyyatına yerli və xarici investisiyaların kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur.
Bunun nəticəsi olaraq 1991-1995-ci illərdə ölkədə ÜDM - 58%, sənaye məhsulu - 67%; kənd təsərrüfatı məhsulu 48%; əsaslı vəsait qoyuluşu 48,5% azaldığı halda, Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə islahat və islahat-inkişaf xarakterli makroiqtisadi sabitləşmə tədbirlərinin həyata keçirilməsi sayəsində 1997-2003-cü illərdə ÜDM-74,8%; sənaye məhsulu 30,8%; kənd təsərrüfat məhsulu 58,0%; əsaslı vəsait qoyuluşu isə 4,7 dəfədən çox artmış, adambaşına düşən ÜDM-in həcmi 1993-cü ildə 179,9 dollar, 1995-ci ildə isə 319,3 dollar olduğu halda, bu rəqəm 2003-cü ildə 1995-ci ilə nisbətən 4,9 dəfədən çox artaraq 879,7 dollara , xarici ticarət dövriyyəsinin həcmi 4 dəfə artaraq 5,28 milyard dollara çatmış, habelə ticarət dövriyyəsinin ümumi strukturunda idxal 3,9 dəfə, ixrac isə 4,1 dəfə artmışdır.
Qeyd etmək lazımdır ki, 1994-cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə "Azəri", "Çıraq” və "Günəşli” yataqlarının dərin hissəsinin birgə kəşfıyyatı və işlənməsi üzrə 7 ölkənin 11 məşhur şirkəti ilə "Əsrin müqaviləsi” adlandırılan saziş bağladı. ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. Azərbaycanla etibarlı investisiya mühitinin və əlverişli investisiya şəraitinin yaradılması qısa müddətdə bir neçə perspektivli strukturların birgə kəşfiyyatı və işlənməsinə dair əlavə, daha 20 müqavilə bağlamağa imkan vermişdir. Bağlanmış müqavilələrə görə, birbaşa xarici investisiyaların ümumi məbləği təqribən 60 milyard ABŞ dolları təşkil edirdi. 1997-ci ilin noyabr ayından ilk müqavilə üzrə neft hasilatına başlandı və qısa müddətdə 12 milyon ton xam neft hasil edilərək xarici ölkələrə ixrac olunmuş və ümumən neft hasilatı artaraq 2000-ci ildə 14,1 milyon tona çatmışdır.
"Əsrin müqaviləsi” imzalandığı hal-hazırki vaxta kimi dünyanın 20 ölkəsinin 34 nəhəng şirkəti ilə 23 beynəlxalq müqavilə bağlanmışdır.Ulu Öndərin müəllifi olduğu "Yeni Neft strategiyasının" müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsində Azərbaycanın neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, xarici, işgüzar dairələrin, böyük həcmli investisiyaların respublika iqtisadiyyatına cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edilmiş, bağlanmış müqavilələrin nəticəsində ölkənin neft-qaz sənayesinə 60 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilişi ideyasının meydana gəlməsi və onun reallığa çevrilməsi Heydər Əliyevin "Yeni neft strategiyasının” ən mühüm nailiyyətləri kimi yüksək dəyərlərə malikdir.
Azərbaycanda hasil olunan neftin dünya bazarlarına çıxarılması məqsədilə 1999-cu ilin noyabrında ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmış, 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə ixrac neft kəmərinin özülü qoyulmuşdur. Əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında başa çatdırılmış, aparılan bu işlər nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2006-cı ildə tam fəaliyyətə başlamış və qeyd olunan layihə dünyanın ən qabaqcıl texnika və texnologiyalarının gətirilməsində və böyük həcmli xarici investisiyaların Azərbaycana cəlb edilməsində çox mühüm rola malik olmuşdur.
Azərbaycanda xarici investisiyalar üçün etibarlı mühit, eyni zamanda əlverişli siyasi, iqtisadi, hüquqi şəraitin yaradılması üçün ölkədə kompleks tədbirlər həyata keçirilməsiistiqamətində zəruri və mühüm islahatlar və səmərəli işlər aparılmış, bu isə öz növbəsində yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Yəni bu mərhələdə ölkədə investiya mühitinə təsir edən münbit iqtisadi şəraitin yaradılması məqsədi ilə Avropa standartlarının müvafiq zəruri qanunverici baza yaradılmışdır. Aparılan bu işlər ölkədə əlverişli investisiya mühitinin yaradılması, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında mühüm rolu olmuşdur. Beləki bu istiqamətlər ölkəmizdə "İnvestisiya fəaliyyəti haqqında”, "Xarici investisiyaların qorunması haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənməsi təmin edildi.
Qeyd etmək lazımdır ki,1994-cü ilin sentyabrında bağlanmış "Əsrin müqaviləsi” neft sənayesinin intensiv inkişafı ölkənin milli iqtisadiyyatının dünyanın qabaqcıl ölkələrindən geriləməsinin qarşısının alınmasının və perspektivdə inkişafının əsasını qoydu vəneft ehtiyyatları 1 trilyon tonadək müəyyənləşmiş "Azəri”, "Çıraq" və "Günəşli” yataqları üzrə müqavilədə layihənin işlənilməsinə ilkin olaraq 7,5 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulmuşdusa, SOCAR-ın hesabatına görə, 1995-ci 2013- cü illərdə qoyulan investisiyaların həcmi 51,6 milyard ABŞ dolları səviyyəsinə çatmışdır.
Ölkəmiz üçün bu müqavilənin iqtisadi əhəmiyyəti ondan ibarət olmuşdur ki, 2009-cu ildən başlayaraq gəlir neftin 80 faizə qədəri Azərbaycan Respublikasının payı oldu, eyni zamanda Azərbaycanın gəliri 30 il ərzində o zamanki qiymətlərlə 34 mlrd. ABŞ dolları ilə dəyərləndirildi. Xüsusi olaraq göstərmək lazımdır ki, həyata keçirilən neft strategiyası yerli müəssisələrin müasir texnologiyalarla-təchiz edilməsinə, bu müəssisələrdə infrastrukturların yenidən qurulmasına və müxtəlif həcmli yeni infrastrukturların yaranmasınıtəmin etdi.
Qeyd etmək lazımdır ki, Ulu Öndərin rəhbərliyi ilə ölkədə həyata keçirilən bu layihələr nəticəsində 1994-2000-ci illər arasında investisiya sıçrayışı nəticəsində Azərbaycan iqtisadiyyatına 11,4 mlrd. ABŞ dolları həcmində investisiya qoyulmuş, bunun 8,3 mlrd, dolları xarici, 3,1 mlrd, dolları isə daxili investisiyalar olmuş, yəni xarici investisiyanının cəlb edilməsi 2,7 dəfə çox olmuşdur.2000-2014-cü illərdə isə Azərbaycan iqtisadiyyatının sahələrinə qoyulan ümumi investisiyaların tərkibində xarici investisiyaların xüsusi çəkisi 65 faiz təşkil etmişdir. Bununla yanaşı Respublika iqtisadiyyatının inkişafına yönəldilən daxili investisiyaların həcmi sürətlə artmış, yəni 2000-ci ildəki 460,3 milyon manatdan 2014-cü ildə 12715 milyon manata çatmış və ya 27,6 dəfə çox olmuşdur.
Bunlar ilə yanaşı nəzərə almaq lazımdır ki, müstəqilliyin ilk ilində Ulu Öndər Azərbaycanın iqtisadi islahatlar aparılmasının ilk modelini Naxçıvan MR-da yaratmağa başlamış (burada xüsusi iləaqrar sahəsində) beləki, muxtar respublikanın blokadadan çıxarılması məqsədi ilə o, Türkiyə Respublikası və İran İslam Respublikası ilə iqtisadi əməkdaşlığın yaradılması və genişləndirilməsinə xüsusi əhəmiyyət verirdi.
Müstəqilliyin ilk dövründə qarşıda duran əsas vəzifə ölkəni düşdüyü böhranlı vəziyyətdən çıxarmaq, ölkə iqtisadiyyatının spesifik cəhətlərini (iqtisadiyyatda qeyri-müəyyənlik, işsizliyin, inflyasiyanın yüksək səviyyəsi və sair) nəzərə almaqla makroiqtisadi sabitliyi təmin etməklə milli iqtisadi inkişafın təmin edilməsindən ibarət idi. Bu vəzifənin reallaşdırılması isə milli iqtisadi inkişaf konsepsiyası olmadan mümkün deyildi. Həmin dövrdən başlayaraq müstəqil Azərbaycan Respublikasının milli iqtisadi inkişafının əsaslarını Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və ölkə iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxara biləcək iqtisadi inkişaf strategiyası təşkil etmişdir. Beləki, bu inkişaf konsepsiyaHeydər Əliyevin müstəsna iqtisadi təfəkkürün məhsulu olub onun həyata keçirdiyi böyük həcmli və zəruri işlər əsasında formalaşmış, bütövlükdə milli iqtisadi inkişaf haqqında milli ictimai-iqtisadi fikirlərin və idealogiyaların formalaşmasının əsas meyarına çevrilmişdir. 2009-cu ilə qədər ölkəmizdə davam etmiş keçid dövrünün ilkin mərhələsində Heydər Əliyevin diqqətini cəlb edən mühüm məsələlərdən biri də keçid dövründə və perspektivdə milli iqtisadi inkişaf strategiyasının mahiyyəti necə olmalı, onun mərhələlərlə həyata keçirilməsi məsələləri və həyata keçmə mexanizminin işlənilməsi olmuşdur.
Beləliklə ölkənin iqtisadi inkişafının əsas makroiqtisadi göstəricilərinin dinamikası Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasının uğurla reallaşdırılmasının əyani nümunəsidir. Belə ki, 1993-cü ildə ölkədə ÜDM istehsalı 1326,9 milyon ABŞ dolları olduğu halda, 2003-cü ildə bu rəqəm 7276,0 milyon ABŞ dolları (bazar qiymətləri ilə) təşkil etmişdir. Müvafiq olaraq hər nəfərə düşən ÜDM 179,9 dollar və 896,8 dollar, UmumiMilli Gəlir 1995-ci ildə 2130,4 milyon manat, 2003-cü ildə 6712,3 milyon manat, xalis milli gəlir isə müvafiq illərdə 1830,3 milyon manat və 5926,4 milyon manat (faktiki qiymətlərlə) olmuşdur. Sənaye məhsulu istehsalı 1995-ci ildə 8855950 min manat, 2001-ci ildə 17252108 min manat (qüvvədə olan faktiki qiymətlərlə) təşkil etmişdir. Dövlət büdcəsinin gəlirləri 1993-cü ildə 53,6 milyard manat, xərcləri 64,8 milyard manat olduğu halda, həmin göstəricilər müvafiq olaraq 2001-ci ildə 392,4 milyard manat və 403,7 milyard manat (fəaliyyətdə olan faktiki qiymətlərlə) səviyyəsində olmuşdur.
1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi ildə orta hesabla 12% aşağı düşdüyü halda, 1996-cı ildən başlayaraq yüksəlmiş və 2000-2003-cü illərdə uyğun olaraq 12 və 11 faiz artmışdır.
Onu da qeyd etmək lazımdır ki, hər bir iqtisadi inkişaf modeli müvafiq və məqsədyönlü iqtisadi strategiya və bu strategiya çərçivəsində həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar vasitəsilə reallaşdırılır. Azərbaycanda müstəqilliyin ilk dövrlərindən başlayaraq bazar iqtisadi sisteminin prinsipləri və mexanizmlərinin formalaşması məqsədilə həyata keçirilən iqtisadi islahatların əsasını iqtisadiyyatın yenidən qurulmasının, iqtisadi inkişafın sürətləndirilməsinin,sahibkarlığın stimullaşdırılmasının, səmərəli investisiya və innovasiya layihələrinin həyata keçirilməsinin mühüm və zəruri şərti kimi dəyərləndirən Ulu Öndərin müəllifi olduğu uğurlu neft strategiyası təşkil edirdi.
Bunlar ilə yanaşı keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitindəxarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika və texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə və ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərinə daxildir.Ümumimilli lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də onun möhkəm elmi konseptual baza,mütərəqqi qanunvericilik əsasları üzərində formalaşmasıdır.Bu baxımdan Ulu öndərin bilavasitə tapşırıqları, qanunvericilik təşəbbüsləri və tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlət idarəetməsinin təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri və normativ-hüquq aktlar qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır.Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulmuş və ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi bazar iqtisadi sisteminin əsaslarının yaradılmasına, onun iqtisadi inkişafının sürətləndirilməsinə və Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsinə, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən bu prinsiplərə, hər şeydən əvvəl aşağıdakılar aiddir: bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması; iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması; yeni milli iqtisadi inkişaf modelinin sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu; ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi; iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması; iqtisadiyyatın qloballaşmanın, regionlaşmanın və milli maraqların əlaqələndirilməsi, ölkənin beynəlxalq iqtisadi, maliyyə-kredit, ticarət və digər iqtisadi təşkilatlarda iştirakının onun strateji və milli maraqlarına uyğunluğu və bu maraqlara xidmət etməsi və s.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.